İtaliya millisinin və "Yuventus"un sabiq müdafiəçisi Corcio Kyellini klub sahibi olub.
Oxu.Az xəbər verir ki, o, MLS təmsilçisi "Los Anceles" klubunun səhmdarlarından birinə çevrilib. Bu barədə klub rəsmi açıqlama yayıb.
Kyellini 2022-ci ildə "Yuventus"dan ayrıldıqdan sonra məhz bu komandanın heyətinə qoşulub və 2023-cü ilin sonuna qədər ABŞ təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, o, "Los Anceles" ilə MLS çempionluğu da yaşayıb.