Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İtaliyada yüz yaşını qeyd edən komandaya iyirmi qol vuruldu - VİDEO
İtaliyanın C Seriyasının (II divizion) A qrupunda dünya futbol tarixində nadir hallarda qeydə alınan durum baş verib.
Oxu.Az xəbər verir ki, “Kuneo” – “Pro Pyaçentsa” görüşündə iyirmi qol vurulub.
Maraqlısı budur ki, bütün qollar bu il yüz illiyini qeyd edən Pyaçentsa komandasının qapısında qeydə alınıb. Artıq ilk hissədə hesab 16:0 olub. Meydan sahiblərinin Mərakeş əsilli hücumçusu Hişam Kanis altı qol vurub.
Qonaq komanda meydana yeddi futbolçu ilə çıxıb. Yeddi oyunçudan altısı isə 18 yaşdan kiçik futbolçular olub. Komandanın meydana az heyətlə çıxmasına səbəb futbolçuların avqustdan bəri maaşlarını ala bilməməsidir. Hətta məşqçilər heyəti də oyuna gəlməyib. Nəticədə 18 yaşlı Çirilyano həm kapitan, həm də məşqçi kimi göstərilib. Oyunçulardan biri isə şəxsiyyətini təsdiq edən sənədi gətirmədiyi üçün meydana komandanın masajçısı çıxıb. Bu da hesabda özünü göstərib.
Qeyd edək ki, turnir cədvəlində “Kuneo” 29 xalla 11-ci, “Pro Pyaçentsa” səkkiz xalla sonuncu - iyirminci yerdədir. Onu da bildirək ki, “Kuneo” 24 tura cəmi 18 qol vurmuşdu.
"İtaliya" teqi üzrə xəbərlər
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ