"Yuventus"un koronavirusa yoluxmuş futbolçusu Paulo Dibala xəstəliyinin ağır gedişatı barədə məlumat verib. O, bununla bağlı “Football Italia” saytına danışıb.
Dibala bəyan edib ki, simptomlar özünü çox ciddi şəkildə göstərib:
“Çətinliklə nəfəs alırdım, cəmi beş dəqiqədən sonra artıq heç nə edə bilmirdim. Əzələlərim ağrıyırdı”.
O, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.
View this post on InstagramQeyd edək ki, “Transfermarkt” portalının versiyasına görə, argentinalı oyunçu İtaliya çempionatının ən bahalı futbolçusu sayılır. Onun bazar qiyməti 90 milyon avro səviyyəsindədir. Cari mövsümdə hücumçu 34 oyuna çıxıb, 13 qol vurub.
"İtaliya" teqi üzrə xəbərlər
- İtaliya klubu itlə rəsmi müqavilə bağlayıb - Foto
- Belçika İtaliyanı darmadağın etdi: Millətlər Liqasında günün digər nəticələri - Video
- "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
- Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin" - Foto
- İtaliyada qurbanlarını turşuda əridən mafiya klanları birləşdi
Digər xəbərlər