Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İTSDA İdarə Heyətinin sədrinə federasiyada vəzifə verildi
Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.
Səsvermənin nəticələrinə əsasən, növbəti dörd il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Qurumun sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Nərminə Ramazanova: "Elə müraciətlər olur ki, operator 40-50 dəqiqə cavablandırmalı olur"
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"
- Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
- Sədr müşaviri: "Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır"