Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şahmatçımız "Tata Steel Chess" beynəlxalq turnirində mübarizə aparacaq
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turnirinə start veriləcək.
Oxu.Az-ın məlumatına görə, şahmatçımız Aydın Süleymanlı turnirin "Challengers" yarışında çıxış edəcək.
Təmsilçimiz Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L'Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk turda Aydının rəqibi yerli şahmatçı Bencamin Bok olacaq.
"Azərbaycan Şahmat Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
- Azərbaycan şahmatı tarixində ilk: Bu il səkkiz beynəlxalq yarış keçiriləcək
- Dörd şahmatçımızdan dünya çempionatında UĞURLU START
- Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub
- Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər