Xorvatiya millisinin İsveçrə doğumlu futbolçusu İvan Rakitiç “Barselona”nı “Sevilya”ya dəyişib.
“Sevilya”nın rəsmi saytı xəbər verir ki, 32 yaşlı mərkəz yarımmüdafiəçisi altı ildən sonra qayıtdığı sabiq klubu ilə dörd illik müqavilə bağlayıb.
Onun müqaviləsinin müddəti 30 iyun 2024-cü ilədək olacaq.
Qeyd edək ki, İvan Rakitiç 2011-2014-cü illərdə “Sevilya”da çıxış edib. Daha sonra Rakitiç 2014-cü ilin iyunun 16-da “Barselona” ilə beş illik müqavilə bağlayıb. O, “Barselona”da oynadığı dörd mövsümdə La Liqada 200 oyun keçirib və 25 qola imza atıb.
Səbuhi Musayev
Rəylər