Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Jirona"nın futbolçusu UEFA Çempionlar Liqasının tarixinə düşüb
İspaniyanın "Jirona" klubunun futbolçusu Kristian Stuani UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Oxu.Az xəbər verir ki, 37 yaşlı uruqvaylı forvard buna turnirin Liqa mərhələsinin I turunda Fransanın PSJ komandası ilə matçda iştirak etməklə nail olub.
Görüşə start heyətində başlayan forvard XXI əsrdə qitənin bir nömrəli klub turnirində debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb.
Qeyd edək ki, qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
"Jirona" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: "Jirona" doğma meydanda "Liverpul"la bacarmadı
- UEFA Çempionlar Liqasının oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: VI tura doqquz görüşlə start veriləcək
- Arda Güler qol vurdu, "Real Madrid" qalib gəldi
- UEFA Çempionlar Liqası: İkinci oyun gününün ən yaxşı futbolçuları bəlli olub
Ən çox oxunanlar
Rəylər