Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb
Qərbi Azərbaycan İcması bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə icmanın yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür:
"Bu tədbirlə Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa son qoydu və ölkənin suverenliyini tam bərpa etdi. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla tamamladı. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür".
Bəyanatda vurğulanıb ki, Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməyib, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə edib. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.
"Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi işıqda göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd edirlər. Biz bu qüvvələrdən beynəlxalq hüquq normalarına hörmət etməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik.
Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq", - deyə bəyanatda deyilir.
"Qərbi Azərbaycan İcması" teqi üzrə xəbərlər
- İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb
- Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib
- İcma: "Amnesty International" və "Human Rights Watch" bir mərkəz tərəfindən idarə olunur"
- İcma: "Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir"
- "Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik" - BƏYANAT