Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Joze Mourinyo Kriştianu Ronalduya "Fənərbağça"da oynamağı təklif edib
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunu İstanbul klubuna transfer etmək təklifini irəli sürüb.
Oxu.Az "Fotomatç"a istinadən xəbər verir ki, Mourinyo artıq "Fənərbağça"nın idman direktoru Mario Brankodan mümkün transferi müzakirə etmək üçün Ronaldunun agenti ilə əlaqə saxlamağı xahiş edib.
Portuqaliyalı forvardın "Ən-Nəsr"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Bundan sonra isə portuqaliyalı müqaviləni uzatmasa, azad agent ola bilər.
Mourinyonun rəhbərliyi altında Kriştianu Ronaldu 2010-2013-cü illərdə "Real Madrid"də çıxış edib.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Kriştianu Ronaldunun komandası "Fənərbağça"nın futbolçusu üçün 35 milyon avro təklif edib
- Lionel Messi və Kriştianu Ronaldunun 2024-cü il statistikası
- Ronaldudan yarıçılpaq bayram təbriki
- Ronaldu və Neymar ən bahalı futbolçuların siyahısından kənarda qaldılar
- Ronaldunun transfer dəyəri karyerasında ən aşağı səviyyəyə düşür
Rəylər