"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda texniki heyəti dəyişdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Komanda dörd məşqçi ilə sağollaşacaq.
"Sarı-lacivərdlilər" Salvatore Foti, Stefano Rapetti, Luka Fatiqa və Covanni Cerra ilə yollarını ayırmağa qərar verib.