"Çelsi"nin vingeri Juan Feliks "Benfika"ya qayıda bilər.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, Lissabonun "Benfika" klubu hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır.
Feliks 2016-2019-cu illərdə Portuqaliya klubunda çıxış edib.
25 yaşlı futbolçu hazırda "Milan"da icarə əsasında forma geyinir. Tərəflər arasında müqavilə 2025-ci il iyunun sonunda başa çatacaq.
Qeyd edək ki, Feliks bu mövsüm A Seriyasında 13 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.