Soçidə Qış olimpiadasında olduğu kimi ilk Avropa Oyunlarının boykot edilməsi ilə bağlı Azərbaycanın qarşılaşdığı çağırışlar yarışlar başa çatandan sonra kəsiləcək.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Rusiya və Azərbaycan Azarkeşlər evinin açılışında bildirib.
“Hər bir Olimpiya oyunları ərəfəsində, yarışlar başlamazdan əvvəl fikrimcə cüzi detallara diqqət yetirirlər, - deyə, o, qeyd edib. – Lakin yarışlar başladıqdan sonra bütün diqqət idmançılar, Oyunlarda hökm sürən mübarizə ruhu üzərində cəmlənir.
Soçidə, Soçidən əvvəl də belə olub, Bakıda da belə olacaq. Müxtəlif siyasi çarpışmalar və çəkişmələrə diqqət yetirmək lazım deyil. Hər şey qaydasında olacaq”.