Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kadi Borges "Qarabağ"la müqavilə imzaladı
"Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi sosial şəbəkədə paylaşım edib.
Son olaraq Macarıstanın "Ferentsvaroş" kollektivinin şərəfini qoruyan braziliyalı yarımmüdafiəçi "Qarabağ"la 4 illik müqavilə imzalayıb.
"Qarabağ" qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.
Oxu.Az matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.
Belə ki, sabiq futbolçu Kadi Borges "Qarabağ"a qayıtmaq üzrədir. Ötən ilin yayında Macarıstanın "Ferensvaroş" klubuna keçən braziliyalı vingerin "Qarabağ"la danışıqlarının müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər "Qarabağ"ın formasını geyinib.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Şamaxı" "Sabah"ı məğlub etdi
- Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"
- "Araz-Naxçıvan" - "Qarabağ" oyununda dava: Futbolçular əlbəyaxa oldular
- Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi
- "Qarabağ"ın hakimi təhqir edən futbolçusu dörd oyunluq cəzalandırıldı