Əgər Rusiyanı keçsəydik, hər bir oyunçuya 25 min dollar verəcəkdilər. Amma biz onda onları məğlub edə bilmədik.
Bunu Vesti.kz saytına müsahibəsində futzal üzrə Azərbaycan millisinin sabiq oyunçusu Paulo Rikardo Kaka verib.
Hazırda Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi olan 42 yaşlı braziliyalı bildirib ki, oyunçu karyerası ərzində ən böyük mükafat vədini ona məhz Azərbaycanda veriblər:
“Azərbaycan millisində oynadığım zaman biz dünya çempionatına vəsiqə üçün Rusiya ilə oynayırdıq. Əgər onları keçsəydik, hər bir oyunçuya 25 min dollar verəcəkdilər. Amma biz onda onları məğlub edə bilmədik”.
Qeyd edək ki, Kaka bir müddət “Neftçi” İdman Klubunun futzal komandasında oynayan məşqçi olub.
Səbuhi MUSAYEV