Tanınmış məşqçi Kamil Zeynallının yeni idman zalının açılışı olub.
Oxu.Az-ın əməkdaşı məşhur məşqçi ilə görüşüb yeni zalla bağlı bir neçə sual ünvanladı. Həmin müsahibəni təqdim edirik:
- Kamil, neçə ildir məşqçi kimi çalışırsan?
- 10 ildir trener kimi çalışıram. Bir neçə idman növüylə məşğul olmuşam. Hal-hazırda isə trener kimi işimi davam etdirirəm.
- Zal açmaq ideyası necə yarandı?
- Əslində bir neçə fitnes mərkəzinin zalında trener kimi çalışmışam, sadəcə ideyam var idi ki, öz zalım olsun və hər cür şəraiti olsun. Çünki insanlar istirahət etmək istəyir, işdən sonra idmanla məşğul olmaq istəyir, bunun üçün də yaxşı şəraiti olan zal olmalıdır.
- Zalda nələr var?
- Zalımız həm kişilər, həm də xanımlar üçündür. Kişilər üçün olan zalda xanımlar da məşq edə bilər, yəni ümumi sayılır. Amma xanımlar üçün olan zalda yalnız xanımlar ola bilər.
Deməli, zalda xanımlar üçün yoqa, masaj, aerobika salon, lazer epilyasiyası (tibb) olacaq. Təbii ki, burada mütəxəssislər çalışacaq. Xanımlar həm gəlib istirahət edə bilər, həm də məşq edə bilər, eləcə də kişilər üçün bərbərxana, “Vitamin” bar, masaj salonu da təşkil olunacaq.
“Vitamin” barda həm kökəlmək, həm də arıqlamaq üçün yeməklər və içkilər olacaq.
- Neçə nəfər trener olacaq həm qadın, həm kişi zalı üçün?
- Həm qadın zalında, həm də kişi zalında trener olacaq, təbii ki, eyni zamanda özüm də nəzarət edəcəm.
- Ən əsası zalın adı nədir?
- Zalın adı öz adımla bağlı olsun istədim, amma Kamil yox, tərsinə, yəni “Limak” (gülür).
“Limak” fitnes mərkəzi artıq hər kəsin ixtiyarındadır.
Mən elə bir məkan istəyirdim ki, həm qeyri-adi olsun, həm də zala gələnlər əziyyət çəkməsin, avtodayanacaq olsun ki, maşınlarını rahat park edə bilsinlər. Mənim yanıma çox adam gəlir və bunu düşünmək mənim birbaşa borcumdur.
- Qiymətlər necədir?
- Qiymətlər də sərfəlidir.
Zalımız həftə içi 9:00-dan, 23:00-a kimi fəaliyyət göstərəcək. Amma bazar günləri saat 12:00-dan 18:00-a kimi işləyəcəyik.
Əlaqə nömrələri: 012 (566 50 31 ), 055 431 31 31
Ünvan: Metropark. Avtopark, “Limak” fitnes mərkəzi.