"Veqas Qolden Nayts" hokkey klubunun kanadalı hücumçusu Mitçell Marner Stenli Kubokunun finalları tarixində ən sürətli het-trikə imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının (NHL) mətbuat xidməti məlumat yayıb.
29 yaşlı kanadalı Marner "Karolina Harrikeynz"ə qarşı keçirilən matçda 6 dəqiqə 10 saniyə ərzində üç şayba vuraraq Moris Rişarın rekordunu təzələyib.
Səkkizqat Stenli Kubokunun sahibi Rişar 1957-ci ilin pley-off finalında üç şaybanı 6 dədiqə 21 saniyəyə vurmuşdu.
Marner, həmçinin NHL tarixində final seriyası matçının bir dövrəsində dörd (3+1) xal toplamağı bacaran ikinci hokkeyçi olub. Daha əvvəl bu nailiyyətə yalnız 1919-cu ildə Frenk Foyston imza ata bilmişdi.