Futbol üzrə Özbəkistan millisi yoldaşlıq görüşündə Küveyti 2:0 hesabı ilə məğlub edib. Bu, "Qızıl top"un sahibi Fabio Kannavaronun Özbəkistan komandasının baş məşqçisi kimi ilk oyunu olub.
Oxu.Az xəbər verir ki, qolları Eldor Şomurodov (10 qol) və Xocimət Erkinov (19) vurub. Otabek Şükürov 63-cü dəqiqədə penaltini yerinə yetirə bilməyib. Abbosbek Fayzullaev ilk hissənin ortalarında zədə səbəbindən əvəzlənib.
Özbəkistan Futbol Assosiasiyasının (UFA) məlumatına görə, Kannavaro oyundan sonra deyib:
"Futbolçuların məni dinləmələri sevindirir. Amma hələ çox iş görməliyik. Qələbə ilə başlamaq vacib idi və indi futbolçular haqqında daha çox məlumatım var".
Xatırladaq ki, Kannavaro oktyabrın 6-dan Özbəkistan millisini çalışdırır.