ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı üçün Özbəkistan milli komandasının yekun heyəti bəlli olub.
Oxu.Az xəbər verir ki, yığmanın italiyalı baş məşqçisi Fabio Kannavaro nüfuzlu turnirdə iştirak edəcək 26 futbolçunun adını ictimaiyyətə açıqlayıb.
Azərbaycanın "Sabah" klubunda çıxış edən Umarali Raxmonaliyev yekun siyahıya daxil edilməyib və bununla da onun qarşıdan gələn dünya çempionatında iştirak etməyəcəyi rəsmən təsdiqlənib.
Qeyd edək ki, qlobal futbol bayramı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksika stadionlarında təşkil olunacaq.