Rusiya Futbol İttifaqı (RFİ) və Rusiya milli yığmasının baş məşqçisi Fabio Kapello tərəflər arasında razılaşaraq, əməkdaşlıq müqaviləsinə son qoydular.
Oxu.Az xəbər verir ki, bu barədə RFİ mətbuat xidmətinin məlumatında bildirilib.
“RFİ Fabio Kapelloya baş məşqçi vəzifəsində çalışması üçün təşəkkür edir və gələcək peşəkar fəaliyyətində uğurlar diləyir”, - RFİ mətbuat xidmətinin İttifaqın saytında dərc edilmiş məlumatında deyilir.
Kapello 2012-ci ildə hollandiyalı Dik Advokatdan sonra bu vəzifədə çalışır.
E.Ə.
www.oxu.az