Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kapitanlıq sarğısı əlindən alınan Emin Mahmudovun klubdan ayrıla bilməmə səbəbi nədir?
Yerli mediada yayılan xəbərlərə görə, 2017-ci ildən "Neftçi" klubunun şərəfini qoruyan Emin Mahmudov komandanı tərk edəcəyi təqdirdə qış transfer pəncərəsinədək Azərbaycan Premyer Liqasında çıxış edə bilməyəcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, səbəb isə Emin Mahmudovun kapitanlıq sarğısı əlindən alındığı üçün əsas heyətdə oynamaqdan imtina etməsidir.
Ancaq maraqlıdır ki, Emin Mahmudov "Neftçi" klubunu tərk edəcəyi təqdirdə Azərbaycan Premyer Liqasında çıxış edə bilməmək problemi ilə üzləşib.
Belə ki, sentyabr ayının 16-nadək azad agent statusu almış futbolçu transfer olunacağı komandada çıxış edə bilər. Amma futbolçu sentyabr ayının 16-dan sonra hər hansısa bir klubda oynamış olarsa, başqa bir komandaya keçəcəyi təqdirdə qış transferi pəncərəsinədək Azərbaycan Premyer Liqasında çıxış edə bilməz.
Məhz bu səbəbdən, Emin Mahmudov risk almaqdan imtina edib və qış transferi pəncərəsinədək "Neftçi" ilə yola davam etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında ən yüksək maaşa sahib olan da elə Emin Mahmudovun özüdür. 2017-ci ildən bəri "ağ-qaralar"ın şərəfini qoruyan yarımmüdafiəçi illik 500 000 manat maaşa sahibdir.
Qeyd edək ki, Emin Mahmudov Azərbaycan Premyer Liqasında ümumilikdə 189 oyunda meydana çıxıb və 41 dəfə fərqlənib. Təcrübəli yarımmüdafiəçi 48 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Anar Həsənov
"Emin Mahmudov" teqi üzrə xəbərlər
- Emin Mahmudov zədə üzündən ili erkən başa vurub
- Azərbaycan Premyer Liqası: "Neftçi" komandası "Zirə" ilə görüşə daha bir itki ilə çıxacaq
- Azərbaycan millisinin heyətində CİDDİ İTKİ
- "Araz-Naxçıvan"la görüşdə zədələnən Emin Mahmudov yaşıl meydanlara nə vaxt qayıdacaq?
- Maqnitin əks qütbləri və formaya "sığmayan" ümidlər
Rəylər