İspaniya La Liqasının XV turu Kataloniya derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, “Barselona” “Kamp Nou”da “Espanyol”u qəbul edib.
Olduqca gərgin, maraqlı mübarizə şəraitində keçən qarşılaşmada baş hakim Migel Mateu Lahoz iki komandadan ümumilikdə 10 oyunçuya sarı, iki futbolçuya isə qırmızı vərəqə göstərib.
Hərəyə bir qol vuran tərəflər hərəyə bir xalla kifayətləniblər.
Qolları “Barselona”nın heyətində 7-ci dəqiqədə Markos Alonso, “Espanyol”da isə 73-cü dəqiqədə penalti zərbəsi ilə Xoselu vurub.
Bu nəticə ilə xallarının sayını 38-ə çatdıran “Barsa” “Real”la eyni xala malik olsa da, liderliyini davam etdirib. “Espanyol” isə 13 xalla 16-cı pillədə qərarlaşıb.