Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Keçmiş klub prezidenti futbolçunun "Qarabağ"a satılmasını tənqid etdi
Polşanın "Stal" klubunun keçmiş prezidenti Tomaş Poreba qapıçı Mateuş Koxalskinin "Qarabağ"a satılmasını tənqid edib.
Oxu.Az xəbər verir ki, keçmiş millət vəkili bu barədə "Onet.pl" nəşrinə müsahibəsində bildirib.
O, bəzi aparıcı futbolçuların klubdan ayrıldığını və komandanın buna görə zəiflədiyini söyləyib:
"Mateuş Koxalski yayda komandadan ayrıldı. Bu qərarı başa düşə bilmirəm. Mən klubda olanda biz komandanı elə qurmuşduq ki, ən vacib mövqelərdə yaxşı oyunçular olurdu. Güclü qapıçımız, müdafiəçimiz və hücumçumuz var idi. Əvvəlki mövsümdə bizi xilas edən Koxalskini satdıq. Onun müqaviləsinin bitməsinə bir il qalmışdı. Niyə onu heyətdə saxlamadılar?"
Qeyd edək ki, "Stal" klubu Polşa çempionatında 30 xalla 16-cı pillədə qərarlaşıb. Sona bir tur qalmış komandanın aşağı liqaya düşəcəyi dəqiqləşib. Mateuş Koxalski 2024-cü ilin yayında "Qarabağ"a keçib. Tomaş Poreba həmin ilin yanvarında klubla vidalaşmalı olub.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Xalil Rauntri: "Qarabağ"ın formasını özüm almışam"
- "Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb etdi
- "Qarabağ"ın sabiq futbolçusu baş məşqçi oldu
- "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?