Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kenan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər
"Yuventus"un hücumçusu Kenan Yıldız "qoca sinyora"nı tərk etməyə yaxındır.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, onunla "Barselona" yaxından maraqlanır.
İtaliya təmsilçisi onun üçün böyük məbləğ istəyir. Belə ki, Turin klubunun 19 yaşlı oyunçu üçün 80 milyon avro tələb etdiyi bildirilir. "Barselona" bu transfer üçün bir neçə futbolçusu ilə yollarını ayırmalıdır.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində 37 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
"Barselona FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar