"Bizim üçün çətin oyun oldu".
Oxu.Az xəbər verir ki, bunu "Karvan-Yevlax" - "Kəpəz" (1:2) oyunundan sonra "Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov deyib.
O bildirib ki, qələbəni Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terrordan sağ çıxan Nilay Əliyevaya həsr edirlər:
"İki gün əvvəl Nilay balamızın doğum günü idi. Bu qələbəni də ona həsr edirik. Səfərdə rəqibin azarkeşləri önündə oynamaq çətindir. Azarkeşlərə oyuna maraq qatdıqları üçün təşəkkür edirəm. Maraqlı oyun oldu. Oyunun qırılma anı topu boş qapı xəttindən çıxardığımız epizod oldu".
Baş məşqçi meydanın vəziyyəti barədə də danışıb:
"Meydançanın vəziyyəti ümumilikdə yaxşıdır. Ev oyunlarımızı burada keçirmək məsafə baxımından daha əlverişlidir".
Qeyd edək ki, "Kəpəz" klubu bundan sonra Misli Premyer Liqasındakı ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.
Murad Nəsimi