Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Kəpəz" klubunun baş məşqçisi komandadan ayrılması ilə bağlı məsələyə aydınlıq gətirib
"Kəpəz" klubunun baş məşqçisi Adil Şükürov komandadan ayrılacağı ilə bağlı məsələsinə münasibət bildirib.
Gəncə klubunun təcrübəli çalışdırıcısı Adil Şükürov bu barədə Oxu.Az-a açıqlama verib.
"Turan Tovuz" klubundan təklif gəldi və mən "Kəpəz"lə müqaviləm olduğunu bildirdim. Gəncə klubu ilə müqavilədə qeyd olunan məbləğ ödənəcəyi təqdirdə qalacağam. Amma, hələ ki, klub rəsmiləri ilə bu barədə danışıqlarımız olmayıb".
Qeyd edək ki, Adil Şükürov ötən ilin oktyabrında Azər Məmmədovu əvəz etmişdi.
Ən çox oxunanlar