Bəxtiyar Həsənalızadə “Kəpəz”i tərk edib.
Gəncə təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Millinin üzvü ilə klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
16:12
Bir neçə gün əvvəl “Kəpəz”lə müqavilə imzalayan Bəxtiyar Həsənalızadə klubunu dəyişməyə hazırlaşır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. O, I Liqa təmsilçisi “Tuzlaspor”la anlaşıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü son olaraq “Sabah”ın formasını geyinib.
Onu da qeyd edək ki, “Kəpəz”də bu, yayın ilk belə ayrılığı deyil. Bir müddət əvvəl Gəncə klubu ilə iki illik müqavilə imzalamış Zamiq Əliyev daha sonra “Araz Naxçıvan”a keçib.
Faiq Tahirov