"Kəpəz" Futbol Klubu Yusif İmanovu heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun "İnstagram" səhifəsində paylaşım edilib.
Bildirilib ki, 23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, İmanov son olaraq Kosovonun "Malişevo" klubunun formasını geyinib.