"Benfika" Kərəm Aktürkoğlunun "Fənərbağça"ya transferini rəsmən açıqlayıb.
Oxu.Az "HaberGlobal"-a istinadən xəbər verir ki, "Fənərbağça" Kerem Aktürkoğlunu heyətinə qatıb.
"Benfika", "Fənərbağça" ilə Kerem Aktürkoğlu üçün 22.5 milyon avroya anlaşdıqlarını açıqlayıb.
"Benfika" həmçinin müqavilə ilə bağlı ilk satınalma hüququna sahib olan "Qalatasaray" klubunu məlumatlandırıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Aktürkoğlu ötən mövsüm komandası ilə çıxış etdiyi 59 rəsmi matçda 18 qol və 16 assistlə yadda qalıb.
"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Superliqaya qayıtmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, "Fənərbağça" türkiyəli vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Kerem üçün Portuqaliya klubu ilə razılığa gəlib. Keçid təxminən 25 milyon avroya başa gələcək.
26 yaşlı ön xətt oyunçusu "Instagram" hesabından sabiq klubu "Qalatasaray"la bağlı olan bütün paylaşımlarını silib. O, həmçinin klubu izləmədən də çıxarıb.
Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu ötən ilin yayında "Qalatasaray"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
