"Fənərbaxça" Kerem Aktürkoğlunun transferi üçün Lissabona şəxsi təyyarə göndərib.
Oxu.Az "Fotomaç"a istinadən xəbər verir ki, tərəflər arasında bütün danışıqlar başa çatıb.
Futbolçu ilə minimumu üç illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Kerem Aktürkoğlu "Fənərbağça" klubunda ilinə 4.5 milyon avro qazanacaq.
"Fənərbağça" Kerem Aktürkoğlu ilə bütün məsələlərdə razılığa gəlib.
Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, klublar razılığa gəlsə, futbolçu "Fənərbağça"dan illik təxminən 4.5 milyon avro maaş alacaq.
Qeyd edək ki, klublar arasında transfer danışıqları başlanılıb, futbolçunun keçidi isə bu gün rəsmiləşə bilər.
"Fənərbağça" Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlunun transferi üçün razılıq əldə edib.
Oxu.Az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu klub prezidenti Ali Koça təqdim etdiyi hesabatda Kerem Aktürkoğlunun alınmasının vacib olduğunu vurğulayıb.
Ali Koçun birbaşa təlimatı ilə "Fənərbağça"nın idarə heyətində yer alan Hakan Safi bu gecə xüsusi təyyarə ilə Portuqaliyaya gedir. Məqsəd Kerem Aktürkoğlunun transferini rəsmiləşdirmək və son sənədləşmə işlərini yekunlaşdırmaqdır.
Kerem Aktürkoğlunun "sarı-lacivərd" forma ilə geridönüşü ehtimalı türk futbol ictimaiyyətində böyük rezonans doğurub.