“Sumqayıt” Futbol Klubu müdafiəçi Kərəm Sultanovla yolları ayırıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 24 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Qazaxıstanda doğulmuş Azərbaycan əsilli futbolçu ötən ilin avqustun 15-də “Sumqayıt”la 1+1 illik müqavilə bağlamışdı.