“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Bakı klubunun rəsmi saytının xəbərinə görə, Albaniya təmsilçisi “Laçi” ilə oyunda məşqçilər korpusunun ixtiyarında olacaq 22 oyunçu bunlardır:
Qapıçılar: 1. Stanislav Namaşko, 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev;
Müdafiəçilər: 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 18. Ruslan Əmircanov, 21. Miyuşko Boyoviç, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 23. Artur;
Yarımmüdafiəçilər: 7. Rəhman Hacıyev, 9. Cavid İmamverdiyev, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 48. Dmitri Klyots, 99. Rafael Məhərrəmli, 22. Şahrux Qadoyev, 14. Turan Vəlizadə, 88. Seymur Əsədov;
Hücumçular: 11. Silvio, 42. Aleşander Kristovan.

Qeyd edək ki, avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” görüşü saat 21:00-da start götürəcək.