İsveçrədə “Sürix”ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat oluna bilər.
Bu barədə “Report”a “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, MRT müayinəsindən sonra 29 yaşlı müdafiəçinin sol budundakı əzələlərdə birinci və ikinci dərəcəli dartılma aşkarlanıb:
“Bundan əlavə, qasıq bağlarında hissəvi yırtıqların əmələ gəldiyi məlum olub. Bu isə kifayət qədər ciddi zədədir”.
Klub rəsmisi kolumbiyalı oyunçunun yenidən MRT müayinəsindən keçəcəyini söyləyib.
15:44
“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək.
Bu isə o deməkdir ki, Medina Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la oyunları, eləcə də qarşıdakı pley-off matçlarını (ÇL, və ya Avroliqada) buraxacaq.
Medina nəzərdə tutulan bir ay ərzində təkrar müayinədən keçəcək.
Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.