Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kilian Mbappe debüt mövsümündə 29 qol vuran ilk fransalı oldu
"Real Madrid"in hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu bunu La Liqanın "Rayo Valyekano" ilə oyununda (2:1) fərqlənməklə bacarıb.
Kilian "Real Madrid"dəkı debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb.
Bununla da o, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu adını qazanıb.
Əvvəlki rekord keçmiş hücumçu Mişel Platiniyə məxsus idi - 1982/1983 mövsümündə "Yuventus"un heyətində əfsanəvi oyunçu 28 qol vurmuşdu.
Qeyd edək ki, Mbappe ötən yay transfer pəncərəsində "Real Madrid"ə keçib və klubla 2029-cu ilə qədər müqavilə imzalayıb. Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- "Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub
- "Qızıl top" mükafatının yeni sahibi kim olacaq?
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub