Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kilian Mbappe Fransa millisindəki karyerasını başa vurub?
"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa yığmasının ötən ay baş tutan oyunları üçün heyətə dəvət edilməyib. Bunun səbəbi seçmə komandanın baş məşqçisi Didye Deşamla əlaqələndirilib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu baş məşqçi Didye Deşamla mübahisə edib.
Deşam daha əvvəl oyunçunun sağlıq durumu ilə bağlı belə qərar verdiklərini deyib.
Lakin yeni məlumata görə, Mbappe özü yığmaya gəlməyib. O, baş məşqçi Deşamla anlaşa bilmir və onun rəhbərliyi müddətində millidə oynamaq istəmir.
Qeyd edək ki, idman jurnalisti Ruan Molina Kilian Mbappenin Fransa millisindəki karyerasını başa vurduğunu iddia edib.
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır
- Arsen Vergerə görə müasir futbolçulardan ən yaxşısı kimdir?
- Mbappenin dublu "Real"a "Vilyarreal" üzərində qələbə qazandırdı
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- "Real Madrid" Mbappe və Vinisiusun birgə oyunundan narahatdır