Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kilian Mbappe kumiri barədə: "Onunla müqayisə olunmaqdan bezmişəm"
Fransa millisinin hücumçusu Kilian Mbappe portuqaliyalı hücumçu Kriştianu Ronalduya hörmət etdiyini, lakin onunla müqayisə olunmaqdan bezdiyini bildirib.
Məlumata görə, 25 yaşlı futbolçu Avropa çempionatının 1/4 finalında kumirinə qarşı oynamağın onun üçün böyük şərəf olduğunu deyib.
"Ona nə qədər heyran olduğumu hamı bilir. Hələ də əlaqə saxlayırıq. O, futbol əfsanəsi olaraq qalır, amma mən artıq onunla müqayisə olunmaqdan bezmişəm. Ronaldu müqayisə olunmayacaq qədər dəyərli futbolçudur. Hər ikimizin fərdi ustalıqları olsa da Ronaldu mənim kumirimdir".
Qeyd edək ki, Fransa - Portuqaliya matçına Bakı vaxtı ilə bu gün saat 23:00-da start veriləcək.
Mənbə: gazeta.ru
"AVRO-2024" teqi üzrə xəbərlər
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
Rəylər