Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kilian Mbappe zədələndikdən sonra meydanda məşqlərə qayıdıb
"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı keçirilən matçda aldığı zədədən sonra futbol meydanında məşqlərə qayıdıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, hücumçu qarşıdakı oyunlara hazır olmaq üçün fəal şəkildə çalışır. Tezliklə Mbappenin Qitələrarası Kubok finalında iştirakı üçün vəziyyəti qiymətləndiriləcək.
Xatırladaq ki, fransalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda İtaliyanın "Atalanta" (3:2) komandasına qarşı matçda zədələnib. O, oyunun 36-cı dəqiqəsində əvəzlənib. Mbappe bu mövsüm bütün turnirlərdə 21 oyunda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, dekabrın 18-də Dohada "Real Madrid" (İspaniya) ilə "Paçuka" (Meksika) arasında 2024-cü il Qitələrarası Kubokun final matçı keçiriləcək.
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
- Kilian Mbappe yenidən milliyə çağırılıb
- 2025-ci ilin ilk ayının ən yaxşı futbolçusu bəlli olub