Kirişidə (Leninqrad vilayəti) Vanya Somovun xatirəsinə “Gənc dünya ulduzları” 13-cü beynəlxalq turniri açılıb.
Oxu.Az xəbər verir ki, ənənəyə görə turnirdə 12 aparıcı dünya gənci oynayır.
Bu dəfə 7 ölkə şahmatçıları sırasında Azərbaycanı FİDE (Fédération Internationale des Échecs) ustası Abdulla Qədimbəyli təmsil edir.
Xatırladaq ki, daha öncə “şahmat ulduzları fabriki” adlanan bu ənənəvi turnirdə, müxtəlif illərdə ölkəmizi Rauf Məmmədov, Eltac Səfərli, Ülvi Bacarani, Zaur Məmmədov, İzzət Kənan kimi şahmatçılar təmsil ediblər.