Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Bakıda şahmat üzrə Dünya Kubokunun açılışı öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Bakıya dünyanın ən güclü şahmatçıları - Vladimir Kramnik, Veselin Topalov və digərləri gəliblər.
2012-ci ildə İstanbulda Dünya Kubokunun və Olimpiadanın keçiriləcəyi yerin məhz Bakı şəhərinin seçilməsi təsadüfü deyil. Azərbaycan şahmat dünyasında bir çoxları üçün nümunədir.
Turnirin mükafat fondu - 1 milyon 600 min dollardır. Bu məbləği Azərbaycan tərəfi ayırır. Bütün bunlar müqavilədə göstərilib”, - FİDE prezidenti deyib.
F.H.
www.oxu.az