Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub.
Oxu.Az xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib.
Kişi şahmatçılarımız I turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər.
Qadın millimiz isə bu turda 0,5:3,5 hesabı ilə İspaniyaya uduzub.
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.