"Çelsi" klubu Entso Mareskanı baş məşqçi vəzifəsindən uzaqlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Klubdan verilən açıqlamada qarşıya qoyulan məqsədlərə çatmaq üçün belə addım atıldığı bildirilib.
Qeyd edək ki, Mareska 2024-cü ilin yayından "Çelsi"ni çalışdırırdı.
Xatırladaq ki, o, əvvəllər "Lester" və "Parma" klublarının baş məşqçisi postunu tutub.
İngiltərənin "Çelsi" klubu bu gün baş məşqçi Entso Mareskanı vəzifəsindən uzaqlaşdıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, çalışdırıcının klub rəhbərliyi ilə münasibətləri tamamilə pisləşib. Komandanın uğursuz nəticələrinin bunda böyük rol oynadığı qeyd edilir.
London təmsilçisi son doqquz oyunun yalnız ikisində qalib gəlib.
İddia olunur ki, Premyer Liqada "Bornmut"la son oyundan (2:2) sonra Mareska özünü xəstə kimi göstərib və buna görə də mətbuat konfransına qatılmayıb. Əslində isə o, klubdakı vəziyyətdən narazı olduğu üçün belə addım atıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 19 oyundan sonra 30 xal toplayan "Çelsi" lider "Arsenal"dan 15 xal geri qalaraq, beşinci yerdə mövqe tutub.