“Liverpul”un baş məşqçisi Yürgen Klopp Avropa Super Liqasına qarşı çıxıb.
Bu barədə “SporX” məlumat yayıb.
“Avropa Super Liqası maliyyə baxımından əhəmiyyətlidir, ancaq həyata keçirilməməlidir. “Liverpul” və “Real”ın 10 il ardıcıl qarşılaşdığı bir turnirdə futbol coşqusunun qala biləcəyini deyə bilərsinizmi?”, - deyə Y. Klopp bildirib.
Sözügedən turnirə həmçinin “Liverpul” azarkeşləri də qarşı çıxıb. Azarkeşlər bununla bağlı “Enfild Roud”un qarşısında müxtəlif etiraz plakatları asıblar.
