Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Klub prezidenti Premyer Liqadan kənarlaşdırılıb
İngiltərə Premyer Liqasının (İPL) nizam-intizam komitəsi "Nottingem Forest"in prezidenti Evangelos Marinakisi diskvalifikasiya edib.
Oxu.Az xəbər verir ki, Marinakis İPL-in altıncı turunda "Fulhem"lə matçdan sonra hakim Coş Smitin ayağına tüpürdüyünə görə cəzalandırılıb.
Həmin görüşdə 0:1 hesabı ilə məğlub olan "Nottingem Forest" yeganə qolu narazı qaldığı penaltidən buraxıb.
Beləliklə, Evangelos Marinakis klubunun qarşıdakı beş oyununda iştirak edə bilməyəcək.
Həmçinin klub funksionerinə xəbərdarlıq edilib ki, pozuntuların təkrarlanması halında sanksiyalar daha ciddi olacaq.
Qeyd edək ki, "Nottingem Forest" İPL-in səkkizinci turundan sonra 13 xalla səkkizinci yerdə qərarlaşıb.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- "Qalatasaray" Barış Alper Yılmazın dəyərini ikiqat artırdı
- "Mançester Yunayted" klubunun transfer etmək istədiyi hücumların siyahısı bəlli olub
- Maqnus Karlsen "Mançester Yunayted"in yeni baş məşqçisinin istefasını tələb edib
- İngiltərə Premyer Liqası: "Çelsi" 3 xalı 3 qolla aldı
- Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Rəylər