Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Klublararası dünya çempionatı: "Bavariya" turnirə 10 qolla başladı
Klublararası Dünya Çempionatının qrup mərhələsində "Bavariya" ilə Yeni Zelandiyanın "Oklend Siti" klubu arasında keçirilən oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, matç TQL Stadionunda (Sinsinnati, ABŞ) keçirilib. Münhen təmsilçisi turnirə 10 cavabsız qolla başlayıb - 10:0.
C qrupunun növbəti oyununda "Bavariya" iyunun 21-də Argentinanın "Boka Xuniors" klubu ilə, "Oklend Siti" isə Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə dörd komandadan ibarət səkkiz qrupa bölünən 32 klub iştirak edir. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.