Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Klublararası dünya çempionatında qalmaqal: "Barselona", yoxsa "Liverpul"?
"Barselona" və ya "Liverpul" 2025-ci il klublararası dünya çempionatında Meksikanın "Leon" komandasını əvəz edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda Beynəlxalq Futbol Federasiyası (FIFA) hələ "Leon"un əvəzinə kimin qatılacağını qəti olaraq müəyyən etməsə də, ən ehtimal olunan odur ki, Meksika komandasının yerini Avropanın məhz sözügedən top klublarından biri tutacaq.
Xatırladaq ki, FIFA "Leon"u klublar dünya çempionatından xaric edib, çünki onun bu yarışın iştirakçısı olan Meksikanın "Paçuka" klubu ilə eyni sahibi var. Klublararası dünya çempionatı 15 iyun - 13 iyul tarixlərində ABŞ-də keçiriləcək.
"Barselona FK" teqi üzrə xəbərlər
- İspaniya La Liqası: "Barselona" "Selta" üzərində əzmkar qələbə qazandı
- Messi ən perspektivli 10 futbolçunu seçdi, aralarında türk də var
- Messi: "Qvardiola "Barselona"dakı işi ilə futbola böyük ziyan vurub"
- UEFA Çempionlar Liqası: "Barselona" yarımfinala adını yazdırdı
- "Barselona"nın doğma arenasına nə vaxt qayıdacağı məlum oldu