"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, klub Yevlax təmsilçisi Əkpər Vəliyevi heyətinə qatıb.
24 yaşlı qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Əkpər Vəliyev bundan öncə MOİK klubunda çıxış edib. O, karyerası ərzində "Cəbrayıl" və "Şamaxı" klublarının qapısını qoruyub.

"Şəfa" futbol klubu növbəti transferini reallaşdırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, müdafiəçi Maudo Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl "Səbail"in formasını geyinib.
Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın "Jil Visente" klubunda başlayıb. Eyni zamanda Avstriyanın "Austria" (Vyana), İsveçin "Elfsborq", Slovakiyanın "Slovan" (Bratislava), Norveç "Sandefyord" və Şimali Makedoniyanın "Struqa" komandalarında çıxış edib.
Maudo Qambiya millisində iki matçda meydana çıxıb.

"Zirə" yeni futbolçu ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Zirə" FK məlumat yayıb. Bildirilib ki, klub Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Rasinq Yunayted" və Birləşmiş Ərəb Əmirliyinin "Nova Star" klublarında çıxış edib.
