Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qarabağ" klubların dünya reytinqində gerilədi
Azərbaycan çempionu "Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) planetin 504 ən yaxşı komandasının yer aldığı cədvəlində mövqeyini itirib.
Oxu.Az xəbər verir ki, siyahıda Azərbaycanı dörd klub təmsil edib.
"Qarabağ" 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Ağdam klubu ötən ayla müqayisədə altı pillə geriləyib.
103,25 xalla 208-ci olan "Zirə" mövqeyini qoruyub. 14 pillə geriləyən "Sabah" 61 xalla 414-cüdür. "Turan Tovuz" 53,75 xalla beş pillə geriləyərək 499-cu olub.
Qeyd edək ki, cədvələ 481 xalla İspaniyanın "Real Madrid" komandası başçılıq edir.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Juninyodan onu bəyənməyən azarkeşlərə CAVAB – Növbəti qolunu vurdu
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- Portuqaliyalı futbol ulduzu Luiş Nani Bakıya gəlib
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
Ən çox oxunanlar