Azərbaycan kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Oxu.Az xəbər verir ki, 37 yaşlı idmançı Türkiyədə “Akın Fight Arena”da rinqə çıxıb.
ABŞ-li Omar Moreno ilə üz-üzə gələn “Kobra” Pərviz hakimlərin qərarı ilə qalib elan olunub. O, döyüş ərzində rəqibini iki dəfə nokdaun etməyi bacarıb.
Azərbaycanın daha iki kikboksçusu “Akın Fight Arena”da döyüşüb. Mübariz Niftəliyev türkiyəli Recep Doğana məğlub olub. Digər idmançımız Anar Süleymanov isə Tuncay Güvənə uduzub.
Faiq Tahirov