"Qarabağ"ın Vensan Abubakar uğrunda mübarizədə əsas rəqibi bəlli olub.
Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, "Kocaelispor" da 33 yaşlı forvardı heyətinə qatmaqda maraqlıdır.
Yenidən Türkiyə Superliqasına vəsiqə qazanan Kocaeli klubu hücum xəttini Kamerun millisinin üzvü ilə gücləndirmək niyyətindədir. Lakin bu mübarizədə Azərbaycan çempionu favorit hesab olunur. Çünki danışıqların müsbətə doğru irəlilədiyi və hazırda müqavilənin maliyyə tərəflərinin müzakirə olunduğu bildirilib. Futbolçu özü də "Qarabağ"da oynamaqda maraqlıdır.
Qeyd edək ki, mayın əvvəlində "Hatayspor"dan ayrılan Vensan Abubakar azad agent statusu daşıyır.