"Tbilisi Azərbaycan və Ermənistan arasında münasibətlərin nizama salınmasında maraqlıdır".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "Imedi" telekanalına müsahibəsində danışıb.
"Bir müddət əvvəl regionumuzda Ermənistan və Azərbaycan arasında bir gərginlik baş verdi. Biz bu məsələnin sülh yolu ilə nizama salınmasında maraqlı tərəflərdən biriyik. Hər iki ölkənin hökumətlərinə bu istiqamətdə nümayiş etdirdikləri səylərə görə təşəkkürümü bildirirəm. Regionda sülh və sabitlik həlledici əhəmiyyət daşıyır və bu, hər üç ölkə üçün yeni imkanlar açır", - deyə Gürcüstan prezidenti bildirib.