UEFA Konfrans Liqasının V turu Türkiyənin “Fənərbağça” klubu üçün uğursuz olub.
İstanbul komandası səfərdə Danimarkanın “Norşellan” kollektivinə böyük hesabla uduzub - 6:1. Bu məğlubiyyət həm də türkiyəlilər üçün qrup liderliyinin itirilməsilə nəticələnib.
Beləliklə də, beş oyundan sonra 9 xala malik “Fənər” H qrupunda 3-cü sıraya düşüb. “Norşellan” isə xallarının sayını 10-a çatdıraraq ilk pilləyə yüksəlib.